
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı bir müddət əvvəl Diyarbəkirdə PKK terror təşkilatına qarşı əməliyyatlar davam etdiyi zaman Tvitter hesabında "yaralı uşaqları, yaşlı insanları ölümə tərk etmək hansı dinə sığar? Bu qədər zalım, bu qədər mərhəmətsiz necə oldunuz, baş nazir" yazmışdı. Ardıyca baş nazir Ahmet Davutoğlu da buna reaksiya vermişdi.
İzmir valiliyinin məmuru isə "Facebook"da belə yazıb:
"Mahsun illər əvvəl hamımızın qardaş olduğunu demişdi, millətin xoşuna gəlmişdi... Biz ana idik, ata idik, dayı, əmi, xala, bibiydik, amma sən "Yavşak" çıxdın".
Turqay az sonra paylaşımını silib.
