Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.
Bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, partlayış zamanı 23 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Yaralılardan 5-inin vəziyyəti ağırdır.
Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.
Hadisə yerinə yanğınsöndürənlər gəlib.
Report.az
.
