Dağıstanda Mahaçqala hava limanında etiraz aksiyasından sonra cinayət işi açılıb.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov bildirib.

O qeyd edib ki, bir çox qanun pozuntuları video və foto müşahidə kameraları tərəfindən qeydə alınıb.

“Buna görə də heç vaxt məsuliyyətdən qaça bilməz, - o əlavə edib.

Qeyd edək ki, Mahaçqala hava limanında iğtişaşlar zamanı 59 nəfər saxlanılıb. Hazırda hava limanının ərazisini 50-yə yaxın polis əməkdaşı qoruyur.

Oktyabrın 31-də saat 3 radələrində hava limanının təyyarələri qəbul etmək üçün açılması planlaşdırılır.

.