Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Jurnalistika üzrə ixtisasların sayı artırılıb. Siyahıya Jurnalistika ixtisası əlavə edilib.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, hazırda ölkəmizdə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində “Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur.
Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.
.