Venesuela Prezidenti Nikolas Maduro və onun arvadı Siliya Floresi ABŞ-ın xüsusi təyinatlı “Delta Force” birliyi ələ keçirib.

Bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb. Venesuela tərəfindən də itkilərlə bağlı açıqlama verilməyib.

Bildirilir ki, “Delta Force” birliyi daha əvvəl 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü əməliyyatda iştirak etmiş elit xüsusi təyinatlı qüvvədir.

.