Macarıstan şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində tikinti proqramında iştirak etməyə hazırlaşır.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığa dair mətbuat konfransında deyib.

O bildirib ki, həmin ərazilərdə artıq genişmiqyaslı tikinti işləri başlayıb: "İki ölkə başçıları tərəfindən imzalanmış "Azərbaycanla Macarıstan arasında astrateji tərəfdaşlıq barədə birgə bəyannamə" əməkdaşlığın genişlənməsinə xidmət edir. Ölkələrimiz arasında əlaqələr genişlənir. Səmərəli əməkdaşlığımızı ticarət əlaqələri, qarşılıqlı ticarət dövriyyəsinin artması, o cümlədən ötən il Macarıstandan Azərbaycana idxalın 8 faiz, Azərbaycandan Macarıstana ixracın 60 faiz artması təsdiq edir".

.