Macarıstan iyulun 1-dən başlayacaq Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Serbiyanın quruma daxil olması prosesini sürətləndirmək niyyətindədir.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Macarıstan Qərbi Balkan dövlətləri ilə onların Aİ-yə daxil olmasıyla bağlı danışıqları sədrliyinin prioritetlərindən biri kimi müəyyənləşdirib.
“Biz Qərbi Balkan namizədlərinin hamısı ilə hökumətlərarası konfranslar keçirmək, Serbiya ilə üzvlük üçün yeni fəsillər açmaq, Monteneqro ilə danışıqlarda azı yeddi fəsli bağlamaq, həmçinin Albaniya ilə ilk fəsilləri açmaq istərdik”, - P.Siyarto deyib.
.