Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.
AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Bakı vaxtı ilə saat 13:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıdışı təmin edilib.
.
