
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.
“Nobelprize.org” xəbər verir ki, Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib.
Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib.
2024-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına kim layiq görülmüşdü?
Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.
Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.
Nobelin tarixçəsi barədə
Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
.