Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub. APA-nın xəbərinə görə, Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli APA-ya deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
.