 
                            Rusiyanın "LUKOYL" şirkəti qaz layihələrində iştirakını genişləndirməkdə maraqlıdır və hazırda "Şahdəniz" yatağında payının artırılması ilə bağlı danışıqlar aparır.
Bunu şirkətin prezidenti Vahid Ələkbərov "ADIPEC" neft-qaz konfransı çərçivəsində deyib.
O bildirib ki, həmin layihədə üstünlük hüququna malik konsorsium var, ona görə də razılaşdırılma prosedurları davam etdirilir.
Şirkət rəhbəri Qazaxıstanda da layihələrlə maraqlandıqlarını vurğulayıb.
. 
                        
                        
 
                     
                    