Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşdə Avropa İttifaqı və ATƏT-in Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə cəlb edilməsini doğru hesab etmədiyini diqqətə çatdırıb.

“Müəyyən bir oyun gedir. Mən başa düşürəm hansı oyundur. Niyə Avropa İttifaqını ora cəlb ediblər? Niyə ATƏT ora salınır? Bu ki bəllidir. Əgər orada vasitəçi varsa, onlar orada nə edəcəklər?” - Lukaşenko qeyd edib.

Belarus prezidenti bildirib ki, Rusiyanın Ermənistanla Azərbaycan arasında olan məsələlərin nizama salınmasında vasitəçi olması kifayət edir.

“Müharibə bitdi. Onun necə başa çatdığı da bəllidir. Tərəflər qərara gəliblər ki, onlara vasitəçi lazımdır. Bu, normaldır”, - deyə A.Lukaşenko vurğulayıb.

.