Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin ərazi bütövlüyünün qorunması üçün Müdafiə Nazirliyinə bütün lazımi tədbirlərin görülməsini tapşırıb.
 
 "Belta"  verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti Qrodno yaxınlığındakı hərbi təlim poliqonunu ziyarəti zamanı deyib.
 
"Hər şeydən əvvəl, Belarusun qərb regionunun incisi olan Qrodnonu qoruyun. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün ən sərt tədbirləri görün", - deyə A. Lukaşenko tapşırıqlarını verib.
 
A. Lukaşenko ölkəsinə qarşı rəngli inqilablar ssenarisinin tətbiq edildiyini bildirib.

.