BRİC-in imkanlarının genişləndirilməsi üçün Belarusun iştirakı vacibdir.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kazanda keçirilən XVI BRİCS sammitinin BRİCS plus formatında birinci plenar iclasında çıxışı zamanı deyib.

O, Belarusun mühüm rol oynamağa hazır olduğu bir neçə əsas istiqaməti qeyd edib.

A.Lukaşenko ilk öncə təhlükəsizlik məsələlərinə diqqət yetirərək bildirib ki, qarşılıqlı hörmət, bölünməz təhlükəsizlik və dövlətlərin qarşıdurma olmadan inkişafı üçün təminatlar yeni dünya nizamının əsasına çevrilməlidir.

Daha sonra, o, dayanıqlı inkişafın, xüsusən də qlobal əksəriyyət üçün zəruri olduğunu vurğuladı. "

 

Mineral gübrələrin və kənd təsərrüfatı texnikasının dünyanın aparıcı ixracatçılarından biri kimi Belarus ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir", - deyə o bildirib.

A.Lukaşenko ölkənin aqrar elm, xüsusilə də əkin sahələrinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və kənd təsərrüfatı torpaqlarının bərpası sahəsində həmkarları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

O humanitar sahəni də vurğulayaraq Belarus təhsilinin beynəlxalq səviyyədə tanınmasına işarə edib. "110-dan çox ölkədən olan tələbələr Belarusda ən çox tələb olunan ixtisaslar üzrə elmi dərəcələr əldə etməyə çalışırlar ki, bu da Belarus elmi məktəblərinin gücünü nümayiş etdirir. Ölkənin prioritetləri enerjiyə qənaət edən texnologiyaların, nanomaterialların və yeni enerji mənbələrinin, o cümlədən tibb və informasiya texnologiyalarının inkişafıdır", - deyə A.Lukaşenko əlavə edib.

Bundan əlavə, A.Lukaşenko Belarusun aerokosmik sahədə təcrübəsini və BRİCS peyk sistemlərinin və gələcək kosmik konsorsiumların yaradılması təşəbbüsünə töhfə verməyə hazır olduğunu vurğulayıb.

.