jpg-1761914135.jpg) 
                            Belarus kənardan təcavüz olmadığı təqdirdə müharibəyə qoşulmayacaq.
Yenizaman-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"İndi elə qeyri-müəyyən zamandır ki, tab gətirmək lazımdır", - o bildirib.
A.Lukaşenko vurğulayıb ki, Belarus ölkə təhlükə altında olmadığı təqdirdə müharibələrə qoşulmaq niyyətində deyil: "Biz müharibə istəmirik və əgər bizə toxunulmazsa, biz müharibəyə qoşulmayacağıq, bunu sizə vəd edirəm. Bu, məhz prezidentin və hakimiyyətin əsas vəzifəsidir".
. 
                        
                        
 
                     
                    