ABŞ-nin "İnter Mayami" komandasının uruqvaylı futbolçusu Luis Suarez millidə karyerasını başa vurub.

37 yaşlı futbolçu bu barədə mətbuata açıqlamasında məlumat verib: "Bu addımı düşündüm. Məncə, bu, ən uyğunudur. Son oyunumu rahat, yüngül oynamaq istəyirəm. Mən meydançaya çıxıb 2007-ci ildə olduğu kimi oynayacam".

Onun millidəki son oyunu sentyabrın 7-də Paraqvay millisinə qarşı olacaq.

Qeyd edək ki, Suarez Uruqvay millisində 137 oyun keçirib. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.

.