2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının keçirilmə tarixi dəqiqləşib.

Təşkilat Komitəsi Olimpiadanın startının iyulun 14-də veriləcəyini açıqlayıb.

4 illiyin ən möhtəşəm yarışı 2 həftədən bir qədər çox çəkəcək. Oyunların bağlanış mərasimi iyulun 30-da olacaq.

Los-Anceles-2028 Paralimpiya Yay Oyunları isə 15-27 avqustda keçiriləcək.

Qeyd edək ki, bu, Los-Ancelesdə 3-cü Olimpiada olacaq. ABŞ-ın bu şəhəri 1932-ci və 1984-cü illərdə də analoji yarışa ev sahibliyi edib.

.