Londonda tramvayın aşması nəticəsində ölənlərin sayı artıb.

AzNews.az "Press Association” agentliyinə istinadən xəbər verir ki, dünyasını dəyişənlərin sayı 7 nəfərə çatıb.

Öncəki məlumatda 5 nəfərin öldüyü, 50 nəfərin xəsarət aldığı bildirilirdi.

İnsident bu gün səhər saatlarında Londonun Kroydon rayonunda qeydə alınıb. Tramvayın sürücüsü saxlanılıb. Qəzanın səbəbi müəyyənləşdirilir.

***
18:45

Böyük Britaniyanın paytaxtı Londonda tramvay aşıb.

AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qəzanın səbəbləri araşdırılır.

.