London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.

"Daily Mail” verdiyi xəbərə görə, hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.

Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.

Hadisənin terror olduğu ehtimal edilir.


****

London metrosunda partlayış olub.

"Report” xəbər verir ki, bu barədə "The Sun” qəzeti məlumat yayıb.

Hadisə "Parsons Green" stansiyasında qeydə alınıb, xeyli saydayaralıların olduğu, bir neçə nəfərin müxtəlif dərəcəli yanıq xəsarətlərialdığı bildirilib.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub.

Şahidlər qatarların birində ağ bağlamanın olduğunu və onun partladığını söyləyiblər.

.