“Böyük Britaniyanın yaxın illərdə ABŞ ilə azad ticarət müqaviləsi bağlamaq planları yoxdur”.

 “The Guardian” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Liz Trass Cozef Baydenlə sentyabrın 20-də keçiriləcək görüşdən əvvəl deyib.

“Bununla bağlı danışıqların orta və qısamüddətli perspektivdə başlayacağını gözləmirəm”, - o bildirib.

Baş nazir Nyu-Yorkda müzakirə edəcəyi prioritet məsələlərdən birinin Böyük Britaniyanın Trans-Sakit Okean Ticarət Tərəfdaşlığına qoşulması, həmçinin Fars körfəzi ölkələri və Hindistanla müqavilərin imzalanması olacağını vurğulayıb.

.