
İngiltərə Premyer Liqasında XIX tur başlayıb.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparan "Çelsi” "Sauthempton”la ev oyununda gözlənilməz məğlubiyyət alıb. "Şeffild Yunayted” "Uotford”la görüşdə xal itirib.
Bundan yararlanan "Tottenhem” "Brayton”, "Mançester Yunayted” isə "Nyukasl” üzərində qələbəyə sevinib.
"Arsenal” "Bornmut”la səfər qarşılaşmasında xal itkisindən qaça bilməyib. "Everton” "Bernli”ni bir qolla yenib.
Günə liderlərin dueli ilə yekun vurulub. Bu turadək məğlubiyətsiz irəliləyən "Liverpul” ən yaxın izləyicisi "Lester”in qonağı olub. Yurgen Kloppun yetirmələri bu qarşılaşmada da qalib gələrək, izləyicisi ilə xal fərqini 13-ə çatdırıb.
İngiltərə Premyer Liqası
XIX tur
"Tottenhem” – "Brayton” – 2:1
"Bornmut” – "Arsenal” – 1:1
"Aston Villa” – "Norviç” – 1:0
"Çelsi” – "Sauthempton” – 0:2
"Kristal Pelas” – "Vest Hem” – 2:1
"Everton” – "Bernli” – 1:0
"Şeffild Yunayted” – "Uotford” – 1:1
"Mançester Yunayted” – "Nyukasl” – 4:1
"Lester” – "Liverpul” – 0:4
1. | Liverpul | 18 | 17 | 1 | 0 | 46:14 | 52 |
2. | Lester | 19 | 12 | 3 | 4 | 41:18 | 39 |
3. | Mançester S. | 18 | 12 | 2 | 4 | 50:20 | 38 |
4. | Çelsi | 19 | 10 | 2 | 7 | 33:27 | 32 |
5. | Tottenhem | 19 | 8 | 5 | 6 | 34:27 | 29 |
6. | Şeffild Y. | 19 | 7 | 8 | 4 | 23:17 | 29 |
7. | Mançester Y. | 19 | 7 | 7 | 5 | 30:23 | 28 |
8. | Vulverhempton | 18 | 6 | 9 | 3 | 26:22 | 27 |
9. | Kristal P. | 19 | 7 | 5 | 7 | 17:21 | 26 |
10. | Nyukasl | 19 | 7 | 4 | 8 | 19:28 | 25 |
11. | Arsenal | 19 | 5 | 9 | 5 | 25:28 | 24 |
12. | Bernli | 19 | 7 | 3 | 9 | 23:30 | 24 |
13. | Everton | 19 | 6 | 4 | 9 | 21:29 | 22 |
14. | Sauthempton | 19 | 6 | 3 | 10 | 23:37 | 21 |
15. | Brayton | 19 | 5 | 5 | 9 | 22:28 | 20 |
16. | Bornmut | 19 | 5 | 5 | 9 | 20:26 | 20 |
17. | Vest Hem | 18 | 5 | 4 | 9 | 20:30 | 19 |
18. | Aston Villa | 19 | 5 | 3 | 11 | 25:33 | 18 |
19. | Uotford | 19 | 2 | 7 | 10 | 12:33 | 13 |
20. | Norviç | 19 | 3 | 3 | 13 | 19:38 | 12 |