Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.

“Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.

Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb.

Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

.