May ayında ikinci müddətə seçilən Litva Prezidenti Gitanas Nauseda hökumətin tərkibi haqqında dekret imzalayıb.
Bu barədə “İnterfaks” Litvanın prezident ofisinə istinadən məlumat yayıb.
Dekretə əsasən, səhiyyə nazirinin müavini vəzifəsini icra edən Aurimas Peçkauskas səhiyyə naziri, Seymin İqtisadiyyat Komitəsinin sədri Kazis Starkeviçius isə kənd təsərrüfatı naziri təyin edilib.
Hökumətin istefasına qədər vəzifədə olan 12 nazir isə öz postunu qoruyub.
Qeyd edək ki, G.Nauseda 2029-cu ilə qədər prezident vəzifəsini icra edəcək. O, ilk dəfə 2019-cu ildə dövlət başçısı seçilib.
.