Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messinin klubdakı maaşı bəlli olub.

"LEquipe" nəşri xəbər verir ki, 34 yaşlı hücumçu ilk ildə 30 milyon avro qazanacaq.

Argentinalı forvard növbəti iki mövsüm Paris təmsilçisində qalsa, sadiqlik bonusu sayəsində onun məvacibi 10 milyon avro artacaq.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. O, avqustun 5-də İspaniyanın "Barselona" klubundan ayrılıb.

.