Lionel Messi Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsi oyunlarına dəvət almayıb.
Baş məşqçi Lionel Skaloni 28 nəfərlik heyətdə Messiyə yer verməyib.
Ulduz futbolçu Çili və Kolumbiyaya qarşı görüşlərdə forma geyinməyəcək. "İnter Mayami"də çıxış edən hücumçunun yığmadan kənarda qalması səbəbi ilə bağlı açıqlama verilməyib. Messi bir neçə ay əvvəl Amerika kubokunda qazanılan qələbədən sonra yığma karyerasını başa vura biləcəyini bildirmişdi.
Qeyd edək ki, Argentina sentyabrın 6-da Çili, 10-da isə Kolumbiya ilə qarşılaşacaq.
.