Argentina millisinin futbolçusu Lionel Messi karyerasının ən erkən qoluna imza atıb.

35 yaşlı hücumçu Avstraliyaya qarşı keçirilən yoldaşlıq matçında fərqlənib.

Təcrübəli forvard 80-ci saniyədə hesabı açıb. Bu, Messinin yığmada 103-cü qolu olub.

Qeyd edək ki, görüşdə ilk hissə başa çatıb və Cənubi Amerka təmsilçisi 1:0 hesabı ilə öndədir. Hücumçu hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edir.

 

.