Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi antirekorda imza atıb.

35 yaşlı hücumçu Fransa Liqa 1-də meydana çıxdığı 12 oyunda 1 qol vurub.

Bu, argentinalı oyunçunun daxili çempionatlardakı ən pis göstəricisidir. PSJ son olaraq XXII turda "Reyms"i 4:0 hesabı ilə məğlub edib. Messi həmin qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub və fərqlənməyib.

Qeyd edək ki, Lionel Messi Paris təmsilçisində cari mövsüm bütün turnirlərdə 17 matça çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

.