Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun tarixinə düşüb.

O, bu turnirdə ən çox matç keçirən futbolçu ünvanına yiyələnib.

Oyunçu bunu Kanadaya qarşı açılış qarşılaşmasında gerçəkləşdirib. Forvard ümumilikdə bu turnirdə 35-ci matçına çıxıb.

Messi həm də 7 Amerika Kubokunda iştirak edən ilk argentinalı futbolçu olub.

Qeyd edək ki, Argentina millisi bu yarışın 15 qat qalibidir.

.