Türkiyə mütəxəssisləri limonlu suyun faydasından bəhs ediblər.

Bu barədə  “Sabah” nəşri xəbər verir.

Mütəxəssislər müəyyənləşdiriblər ki, limonlu su insan orqanizmi üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Bir ay acqarına ilıq limonlu sudan istifadə insanın səhhətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Ekspertlərin sözlərinə görə, belə su immun sistemini gücləndirir, antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir. Limonlu su həmçinin xərçəng xəstəliyinin inkişafı riskini aşağı salır.

Limon sudan müntəzəm istifadə eləcə də revmatizmin qarşısını alır. Bundan başqa, nəşr qeyd edib ki, limon su ürək bulanması əlamətlərini aradan qaldırır. Belə su eyni zamanda qaraciyərdə kalsiumun və oksigenin səviyyəsini tənzimləməyə kömək edir.

.