Bu gün səhərə yaxın Sabirabad rayonunun Həşimxanlı kəndinin çöllük ərazisində kanala düşən avtomaşının sərnişini suda boğularaq ölüb.

Binəqədi rayonunda fəaliyyət göstərən "Lider Cola” şirkətinə məxsus H 009-703 dövlət nömrə nişanlı "Jeep” markalı avtomaşında olan 3 nəfərdən biri, həmin şirkətin rəhbəri, 33 yaşlı Bakı şəhər sakini Anar Ramiz oğlu Mirzəyev hadisə yerində dünyasını dəyişib.

FHN-in xilasediciləri onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb. (Virtualaz.org)

Qeyd edək ki,Sabirabad rayonundaavtomobil qəzasında dünyasını dəyişən Anar MirzəyevAFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur.
.