Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
XİN-in mətbuat xidməti bildirir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.
L. Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.
Xatırladaq ki, Azərbaycan XİN-in mətbuat xidmətinin əvvəlki başçısı Hikmət Hacıyev bir müddət öncə Azərbaycan Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
.
