
“Dünən Serbiya müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub”.
Bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L. Abdullayeva deyib ki, Serbiyanın Ermənistana silah satmasının Azərbaycan-Serbiya münasibətlərinin ruhuna cavab vermədiyi qeyd olunub: “Tovuz istiqamətində mülki obyektlərin hədəfə alınması diqqətə çatdırılıb. Görüş zamanı Serbiya müvəqqəti işlər vəkili silah satışı məsələsindən xəbərsiz olduğunu, bu məsələni ölkəsinin rəhbərliyinə məruzə edəcəyini söyləyib”.
.