Lerik rayonunda zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:13:22-də Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.4, dərinliyi 33 km olub.
.