Lerikdə dağ uçqunu olub.

 Lerik rayonunun mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub.

Dağdan düşən iri qaya parçası yolu bağlayıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

.