Lerik rayonunda axtarışda olan şəxs oğlu ilə birgə polisə xəsarət yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

O bildirib ki, iyunun 17-si saat 12 radələrində rayonun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o, və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq, polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da, tutulması təmin edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 

.