Bu gün Lerik –Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində "Dağlar Qapısı" deyilən ərazidə dağ uçqunu baş verib. Uçqun nəticəsində yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçalari ilə tam örtülüb. 

Xoşbəxtlikdən uçqun zamanı ərazidə xəsarət alan olmayıb. Lakin yolda hərəkət tam dayanıb və 150-dən artıq avtomobil yolda qalıb. Yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur. Əraziyə Yol-İstismar İdarəsinin texnikalari və canlı qüvvəsi cəlb olunub.Nəqliyyatın hərəkəti təmin olunub. Hazırda ərazidə yolun tam açılması istiqamətində işlər davam etdirilir.

.