Lənkəran rayonunda qadın və onunqızı döyülüb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.
Orada yaşayan 1949-cu il təvəllüdlüQarayeva Humaymüxtəlif bədən xəsarətləri iləLənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlüMiriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanınqızı olduğu bildirilib.
İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.

