Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, kəndə yaxın meşə ərazisində bədən tərbiyəsi müəllimi işləyən, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən axşamdan evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

.