Lənkəran rayonunda motosikletlə yük maşını toqquşub, xəsarət alan var.

"Report"un verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi "Muravey" markalı motosiklet "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
.