Lənkəranda doğum evində baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda yüksək təzyiqi olub: "Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar həm yarımçıq olduğundan, həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.

****


Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
Məlumata görə, ana xəstəxanaya doğuşdan bir az əvvəl gətirilib. Doğuş zamanı əkiz uşaqlar dünyasını dəyişib.
.