Lənkəranda ər arvadına və özünə balta ilə xəsarət yetirib.

Hadisə rayonun Mamusta kəndində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov, həyat yoldaşı 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib. Sonra o, özünə də xəsarət yetirib. Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.