Lənkəranda cəbhənin müxtəlif istiqamətlərindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun əsgərlərinin təltif edildikləri medallar ailə üzvlərinə təqdim olunub.
Tədbirdə Müdafiə Nazirliyinin və rayon icra aparatlarının rəsmiləri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları və şəhidlərin ailə üzvləri iştirak ediblər. Tədbirdə son illər Ali baş komandanın yüksək qayğı və diqqəti nəticəsində Azərbaycan Ordusunun Cənubi Qafqazda ən qüdrətli və güclü orduya çevrildiyi, son aylar cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığı diqqətə çatdırılıb. Daha sonra şəhid əsgərlər Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini, 19 yaşlı Röyal İmran oğlu Nəsirov, Masallının Güllütəpə kənd sakini, 20 yaşlı Firdovsi Əliş oğlu Bağırzadə və Lənkəran rayonunun Vilvan kənd sakini, 20 yaşlı Nahid Fikrət oğlu Səfərov ölümündən sonra Müdafiə naziri Zakir Həsənovun əmri ilə "hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları onların analarına təqdim olunub. Şəhidlərin valideynləri övladlarının xatirəsini əziz tutduqlarına, ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Sonda Milli Ordumuzun şücaətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Baxış sayı: 13
Çapa hazırla
