Lənkəranda zəlzələ olub.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, yerli vaxtla saat 11:11-də Lənkəranda zəlzələ qeydə alınıb.
 
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
 
Zəlzələnin maqnitudası 3.7, dərinliyi 16 km olub.
 
Fövqəladə Hallar Nazirliyi (FHN) səhər saatlarında Lənkəranda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. FHN-dən Publika.az-a daxil olan məlumata görə, rayonda baş vermiş zəlzələ nəticəsində ilkin məlumata əsasən, insan tələfatı və tikililərdə dağıntı yoxdur.
.