Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər, qayıdarkən Lerik rayonunun Günəşli kəndində qəzaya düşüblər.

Təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Lerik rayon icra hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov APA –ya xəbəri təsdiqləyib. 

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub. İlkin məlumata görə, qəzaya uğrayan 50 nəfərlik turist avtobusudur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Hazırda bütün yaralı və ölənlər Lənkəran rayon mərkəzi xəstəxanasına aparılır.

Əlavə məlumat veriləcək.

.