Lənkəranın qaz təchizatında baş verən qəza əhalini 8 saat qazsız qoyduLənkəranda təbii qazdan istifadə edən abonentlər səhər saatlarından etibarən mavi yanacaqdan istifadə edə bilmirlər. İndiki dəqiqələrə qədər qaz təchizatında yaranan uzun müddətli fasilənin səbəbini əməkdaşlarımız öyrənməyə çalışıb. Səbəbini sıradakı süjetdən biləcəyik.
Bu gün səhər 9:00 radələrindən etibarən Lənkəran şəhərinin mərkəzinə, eyni zamanda Şilavar və Digah kəndlərinə mavi yanacağın verilməsi dayandırılıb. Soyuq qış günlərində əhaliyə verilən təbii qazın heç bir xəbərdarlıq edilmədən kəsilməsi abonentləri narazılığına səbəb oldu. Elə həmin vaxtdan televiziyamıza qaz təchizatının qəfil dayandılrması ilə bağlı daxil olan zənglərə cavab olaraq Lənkəran Regional Qaz İstismar İdarəsinin rəis müavini ilə telefon əlaqəsi saxladıq. O, Lənkəran Qazpaylayıcı Stansiyasında qəza olduğunu bildirdi. Əməkdaşlarımız hadisə yerinə ezam olunaraq ərazidə aparılan işlərlə yaxından tanış oldu. Çəkiliş qrupumuzu qarşılayan idarənin Lənkəran Xidməti Sahəsi üzrə rəis müavini Anar Rzayev bildirdi ki, səhər saatlarında mavi yanacağın qəfil dayandırlmasına səbəb, 11 min abonenti mavi yanacaqla təmin edən qazötürücü qurğunun sıradan çıxması olub. Dərhal əraziyə Lənkəran Regional Qaz İstismarı idarəsinin qəza xidmətinin əməkdaşları cəlb olunub. Abonentləri tez bir zamanda mavi yanacaqla təmin etmək üçün işlərə başlanılıb.
Anar Rzayev - Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran Xidməti Sahəsi üzrə rəis müavini
Rayonun qaz təchizatında planlı şəkildə yaranan fasilələrin hansısa ərazidə aparılan təmir işləri ilə əlaqədar olduğu barədə əhaliyə məlumat verilirdi. Anar Rzayevə növbəti sualımız bu oldu ki, qəza baş verən andan bir neçə dəqiqə sonra əhaliyə niyə xəbərdarlıq olunmadı?
Anar Rzayev - Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran Xidməti Sahəsi üzrə rəis müavini
Əlbətdə ki, qəza qaçılmazdır. Qaz təchizatının baş verən hər hansı bir qəzadan sonra kəsilməsi başa düşülən haldır. Amma hər bir halda abonent bunu xəbərsizdir. Təcrübəyə əsaslanıb demək olar ki, qəza baş verən ərazilərdə qısa müddətli təmir işləri aparılmır. Yəni qəzalar nəticəsində yaranan uzun müddətli fasilələr səbəbindən əhali təbii qazdan istifadə edə bilmir. Bu zaman əhalini adi günlərdə olduğu kimi məlumatlandırmaqdan ötrü KİV var. Bunun üçün əlaqədar qurumlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsələr yaxşı olar. Bir halda ki, müştəri həmişə haqlıdır.
