İtaliyanın “Yuventus” klubunun rəhbərliyi “Sassuolo” ilə oyundan əvvəl baş məşqçisi Andrea Pirlonu istefaya göndərəcək.

Bu barədə “Football Italia” nəşri xəbər yayıb.

Artıq italiyalı mütəxəssisin istefası ilə bağlı qərar verilib. Klub rəhbərliyi yeni baş məşqçinin kimliyi ilə bağlı məsələni də həll edib.

Mənbənin bildirdiyinə görə, A.Pirlodan sonra Turin klubuna xorvatiyalı mütəxəssis İqor Tudor rəhbərlik edəcək.  

Xatırladaq ki, hazırda “Yuventus” İtaliya çempionatında turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

.