Uruqvaylı müğənni və aktrisa Nataliya Oreyro Rusiya vətəndaşlığı almaq qərarına gəlib.

Bu barədə o, TASS-a müsahibəsində bildirib.

Müğənninin sözlərinə görə, bir dəfə Rusiyanın Argentinadakı səfirliyinə gedib. Orada ona Rusiya vətəndaşlığı almaq təklif olunub.

“Mən çox səfərlərdə oluram, Rusiya ilə əlaqələrim də çoxdur. Buna görə məndən xahiş olunan bir sıra sənədləri doldurdum. Məsələyə hazırda baxılır”, - deyə o etiraf edib. 

Qeyd edək ki, Nataliya Oreyro Argentina və Avropa ölkələrində, həmçinin Azərbaycanda hər gün efirə verilən “Vəhşi gözəl” (“Muneca Brava”) adlı serialı ilə tanınıb. O, bu roluna görə 1998-ci və 1999-cu illərdə “Ən yaxşı qadın aktrisa” kimi “Martin Fierro” mükafatlarına layiq görülüb. 2000-ci ilin yanvarında “E! Entertainment Television” tərəfındən “İlin ən məşhur aktrisası” seçilib.

 

 

.