İlon Maskın “Twitter“i satın almasının sosial şəbəkənin işinə və inkişaf strategiyalarına necə təsir edəcəyini bilmirik.

 “Reuters xəbər verir ki, bu barədə baş direktoru Paraq Aqraval bildirib.

Şirkət əməkdaşları ilə daxili görüşdə Aqraval gələcək və yeni inkişaf strategiyaları barədə Maskla məsləhətləşməyə hazırlaşdığını bildirib.

“Sövdələşmənin tamamlanmasından sonra nə olacağı, əməliyyatın necə bağlanacağı ilə bağlı həqiqətən qeyri-müəyyənlik var. Platformanın hansı istiqamətdə hərəkət edəcəyini bilmirik”,- deyə Aqraval bildirib.

Bundan əvvəl amerikalı milyarder İlon Mask ən pis tənqidçilərinin “Twitter“də qalmasını istədiyini bildirmişdi.

Mask “Twitter”i 44 milyard dollara alıb.

Şirkət səhmləri Maskın alışından sonra təxminən 6% artıb və böyüməyə davam edir.

.