“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrində yaranan problemin ardınca “Twitter”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaşanmağa başlayıb.

Bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Minlərlə insan sözügedən xidmətlərin işində yaranan problemdən şikayət edib.

İnternet istifadəşiləri “Twitter” “Google” və “Amazon” tətbiqlərini yükləyə bilməyib.

.