“Trabzonspor”–"Fənərbaxça” matçından sonra baş verən hadisələrə görə saxlanılanlar var.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Türkiyə Super Liqasının 30-cu tutu çərçivəsində keçirilən “Trabzonpor” – “Fənərbaxça” oyununun ardından trabzonlu azarkşelərin meydana hücum çəkməsi ilə bağlı 12 nəfər saxlanılıb. Onlar haqqında müvafiq araşdırma başladılıb.
Qeyd edək ki, dünən gecə baş tutan oyun qonaq komanda “Fənərbaxça”nın 2-3 üstünlüyü ilə başa çatıb. Bundan sonra “Trabzonspor” azarkeşləri “Fənərbaxça”lı futbolçulara hücum çəkiblər.
.